Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) semestri ən yüksək nəticə ilə başa vuraraq adlı təqaüdə layiq görülən tələbələrlə görüş keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, fakültə dekanları və tələbələr iştirak ediblər. 

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, Elmi Şuranın 14 sentyabr 2018-ci il tarixli iclasının qərarı ilə adlı təqaüdlər təsis edilib. Adlı təqaüdlərin məbləği fakültələr üzrə müəyyən edilib. Rektor qeyd edib ki, bu, universitetin bu sahədə gördüyü ilk işdir. Siz  bizim ən yaxşı tələbələrimizsiniz. Siz çalışmalısınız ki, həmişə ən yaxşı olasınız. Mən inanıram ki, bu cür gəncliyi olan xalq, millət  həmişə öndə olacaq. Çalışmalıyıq ki, təhsilimiz Azərbaycanın bu gününə və gələcəyinə uyğun səviyyəyə  gəlib çatsın. Universitetimiz müəllim hazırlığının mərkəzi hesab edilir. Ulu öndər Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri və əhəmiyyəti ilə seçilir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram!”

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədris Departamentinin direktor, dosent Sənan Əliyev tələbələri təbrik edərək onlara uğurlar arzulayıblar.

 

Sonra tələbə-gənclər çıxış edərək göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.