Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatır. 


Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

 

Xatırladaq ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbuluna iyunun 3-dən start verilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 4622 namizəd elektron ərizəsini təsdiqləyib.96 namizədin müraciətinə mövcud səbəblərdən imtina verilib.