Cari ilin iyunun 19-20-si tarixlərində Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illik yubileyi çərçivəsində səyyar-plenum keçiriləcək.

 

Səyyar-plenumun açılış konserti  iyunun 19-da Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Konsertin repertuarına  Azərbaycan bəstəkarlıq məktəbinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qəmbər Hüseynli, Firəngiz Əlizadə, Sərdar Fərəcov kimi görkəmli nümayəndələri ilə yanaşı, gənc bəstəkarların da yaradıcılıq nümunələri daxil edilib.

 

Açılış konsertində Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, Xalq Çalğı Orkestri ilə yanaşı, xor kollektivi də çixiş edəcək.

 

Festivalın ikinci günü-iyunun 20-də Məhsəti Gəncəvi Adına Mədəniyyət Mərkəzində keçiriləcək konsertdə Niyazinin, Fikrət Əmirovun, Aliyə Məmmədovanın və digər bəstəkarlarımızın kamera-instrumental və vokal əsərləri ifa olunacaq.

 

Plenum iyunun 20-də “dəyirmi masa” ilə başa çatacaq.

 

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır və tədbirlər silsiləsinə cari ilin oktyabr ayında Azərbaycan Müasir Musiqi festivalı ilə yekun vurulacaq.