İyunun 14-də 13 nömrəli tam orta məktəbdə "Son zəng" qeyd olunub. Tədbirdə məzunlarla yanaşı, müəllimlər, valideynlər iştirak ediblər.  

 

Məzunları məktəbin direktoru Yaqut Sadıqova təbrik edib. O, onbirincilərə bundan sonrakı həyatlarında uğurlar arzulayıb, onların formalaşmasında müəllimlərin, valideynlərinin böyük rolu olduğunu vurğulayıb. Direktor təbrik çıxışında ölkə Prezidentinə təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Sonra Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov gənclərə öz təbriklərini çatdırıb.

 

Təbriklərin ardınca söz onbirincilərə verilib.

 

Bədii hissədən sonra “Son zəng” çalınıb.

 

 

Rəşad ZİYADOV