Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

 

Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. O bildirib ki,  ümumilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi.

 

“İctimai elmlər və Multikulturalizm” kafedrasının müdiri dosent Azad Bayramov isə bildirib ki, ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq,  xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

 

Tədbir digər çıxışlarla davam edib. Çıxışlarda xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb