İyunun 14-də Bakıdakı 102 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini İdris İsayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Anar Qədiməliyev, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsi Gülverdiyev, müəllimlər, keçmiş məzunlar, valideynlər və şagirdlər iştirak ediblər.

 

Çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar arzu edərək, dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyə ediblər. Bildirilib ki, müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı öz gələcəyini xoşbəxt qurmalıdır. Birincilərə isə təhsil alacaqları dövrdə əlaçı, nizam-intizamlı, ən nümunəvi şagirlər olmaq arzu edilib.

 

Tədbir məzunların çıxışları ilə sona çatıb.   

 

 

Rəşad ZİYADOV