Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Rusiya Federasiyasının Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutu arasında tədris, elmi-tədqiqat, sosial sahələrin inkişafı üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişafı istiqamətində imzalanmış Əməkdaşlıq Müqaviləsinə müvafiq olaraq Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunda dissertasiya işinin distant müdafiəsi təşkil olunub.

 

İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun doktorantları Veysəl Kayaöz və Adnan Yüksəlin təqdim etdiyi dissertasiya işinin distant müdafiə edilməsində Dissertasiya Şurasının üzvləri kimi AzMIU-nun “Xidmət sahələrinin iqtisadiyyatı və menecment”  kafedrasının müdiri, professor M.Məmmədov, həmin kafedranın professoru H.Xəlilov, Sənayenin iqtisadiyyatı və idarə edilməsi kafedrasının professoru Ə. Əliyev, həmçinin Tikinti-iqtisad fakültəsinin dekanı R.Qəribov, A.Ağayev və Ə.Əliyev iştirak ediblər.  

 

Dissertasiya Şurasının iclasına AzMİU ilə yanaşı, Türkiyə Cümhuriyyətinin, Moldova Respublikasının və Rusiya Federasiyasının universitetlərinin professorları da qoşulublar.

 

Dissertasiya Şurasında Veysəl Kayaöz “Türkiyədə autorizasiya olunmuş iqtisadi operator, onun Rusiya, Cənubi Koreya və Birləşmiş Ştatların proqramları ilə müqayisə və təkmilləşdirmə yolları” mövzusunda və Adnan Yüksəl “Türkiyədə azad zonaların idarəetmə sistemlərinin inkişafı” mövzusunda yerinə yetirdikləri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə ediblər.