Azərbaycan Milli Kitabxanasında  10 yaşlı  şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimatı keçirilib.

 

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib. O, gənclərin kitabxanaya axınını, mütaliəyə marağın artdığını söyləyib. Direktor qeyd edib ki, 10 yaşlı Sevindik həm mütaliə edir, həm də yazır. Bu yaşda iki şeir kitabının çap olunması çox təqdirəlayiqdir.

 

Digər çıxış edənlər Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərində poetik bir üslub olduğunu, vətənpərvərlik üslubunda yazdığını bildiriblər.

 

Tədbirin sonunda  10 yaşlı şair özünün “Zəngəzur” şerini məharətlə ifa edib və gələcək planlarından  söz açıb.

 

          

Sifai SƏFƏROVA