Klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi  münasibətilə bədii qiraət müsabiqəsi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə baş tutan müsabiqədə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri unudulmaz şair Nəsiminin şeirlərindən istifadə ediblər.

 

İyirmi məktəblinin iştirak etdiyi müsabiqədə onların istedad və bacarığı münsiflər heyəti tərəfindən dəyərləndirilib. 168 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qorxmaz Məmmədzadə I, 186 nömrəli tam orta məktəbin XI sinif şagirdi Lalə Mehralıyeva II, 235 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hidayət Kərimli isə III yerləri qazanıblar.

 

Müsabiqənin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

 

Sifai SƏFƏROVA