Salyanlı məktəblilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər.

 

Milli Qəhrəmanın ev-muzeyində ziyarətçiləri qəhrəmanın atası Ağakərim İbrahimov qarşılayıb. O, oğlunun uşaqlıq və gənclik illərindən,  hər  kəsə nümunə olacaq  hərbi xidmətdə göstərdiyi şücaətdən söz açıb. Eyni zamanda, iştirakçılar Milli Qəhrəmanın mübarizliyini əks etdirən eksponatlarla da tanış olublar.

 

Salyanda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan tədbirdə rayonun 7 nömrəli tam orta məktəbinin şagirdləri ilə yanaşı, yerli QHT-lərin - Rayon Ziyalılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin rəhbərləri, KİV təmsilçiləri, “Ana Kür” İctimai Birliyinin üzvləri iştirak ediblər. Onlar çıxışlarında gənclərimizin vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək dəyərləndirib və tədbirin təşkilinə görə aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər.

 

 

Sifai SƏFƏROVA