Rusiyanın L.Sverjevski adına Otorinolarinqologiya Elmi-tədqiqat İnstitutunun Qulaq Mikrocərrahiyyəsi Bölməsinin rəisi Yevgeni Qarov qulaqlıqların yanlış istifadəsinin təhlükəli olması barədə xəbərdarlıq edib. Belə ki, qulaqlıqlar eşitmə qabiliyyətinin azalmasına, qulaq tıxaclarının yaranmasına, hətta qulaq kanalının zədələnməsinə gətirib çıxara bilər.

 

www.meddaily.ru saytının məlumatına görə, səs dalğalarının uzunmüddətli təsiri zamanı tez-tez eşitmə ilə bağlı problemlər və baş ağrısı yaranır. Bu riski azaltmaq üçün gündə 3 saatdan çox qulaqlıqlar vasitəsilə musiqi dinləmək tövsiyə olunmur. Hər 30-40 dəqiqə sonra fasilə etməyi də unutmaq olmaz. Bu zaman səsin yüksəkliyi orta səviyyədə olmalıdır.

 

Qulaqda kükürd tıxacları isə qulaqlıqların uzun müddət taxılması nəticəsində eşitmə kanalının özünütəmizləmə prosesinin pozulmasına görə yaranır. Bundan başqa, qulaqlıqların ölçüsünün uyğun olmaması qulağın zədələnməsi və daxilə bakteriyaların düşməsi nəticəsində infeksiyanın yaranmasına səbəb ola bilər.

 

 

Samirə KƏRİMOVA