Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin məsul nümayəndələri - professor Assylbek Kanbetov və Almagul Turdaqaliyeva Azərbaycan Texniki Universitetində  (AzTU)  olublar.

 

Qonaqları AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov qəbul edib və universitet haqqında məlumat verib.

 

Görüşdə AzTU və Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında bağlanmış mövcud ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində görülmüş işlər müzakirə edilib.

 

Daha sonra hər iki universitet arasında ikili diplom müqaviləsi imzalanıb.

 

Beynəlxalq ikili diplom proqramının şərtlərinə  uyğun tərtib olunan müqaviləyə əsasən, tələbələr qarşılıqlı olaraq hər iki universitetdə təhsil alacaq və diplomlar həmin ölkələrdə tanınacaq.