Astara Pedaqoji Kollecində 26 iyun - Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

 

Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Gününün tarixi, bu sahədə dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığı, Rayon Gənclər və İdman İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən bəhs edib.

 

Sonda kollecin tələbələrinə Rayon Gənclər və İdman İdarəsinin hazırladığı maarifləndirici bukletlər  təqdim olunub.

 

 

Sifai SƏFƏROVA