Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. Geniş tərkibdə keçirilən görüşdə dekan Dr. Maykl Föyer, Akademik dekan, professor Kolin Qrin, Dr. Elizabet Grant, xanım Keyt Brannon, xanım Sevinc Məmmədova, eləcə də Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Nicat Məmmədli, ADPU-nun rəhbər şəxsləri iştirak ediblər.

 

Görüş zamanı ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqlara universitet haqqında ətraflı məlumat verib.

 

Sonra qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusilə, ikili diplom layihəsinin başlanması ilə əlaqədar görüləcək işlər, bu layihənin təhsilimizə verəcəyi töhfələr, mövcud kadr potensialı və digər imkanlar haqqında fikir mübadiləsi aparılıb.

 

Görüş universitetlərarası Birgə Bəyannamənin imzalanması ilə başa çatıb. Tərəflər ikili diplom proqramının təşkili üzrə danışıqları davam etdirmək qərarına gəlib.  

 

Sonda tələbə və müəllimlərlə görüş keçirilib. Burada Corc Vaşinqton Universiteti, eləcə də tələbələr üçün planlaşdırılan proqram üzrə yaradılacaq imkanlar haqqında məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.