AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları məktəblilərlə iş ənənəsini davam etdirərək növbəti dəfə münsiflər kürsüsündə əyləşiblər.

 

Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dosent Elina Kərimova və İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Cəmilə Əhmədova Bakı şəhəri, Nizami rayonunda yerləşən 238 saylı tam orta məktəbində keçirilən  “Kiçik Akademiya” üzvlərinin IV elmi konfransında  iştirak ediblər.

 

Konfransın keçirilməsi bir neçə  məqsəd  daşıyıb: gənc nəsli elmin ən aktual problemləri ilə tanış etmək; şagirdlərin nitq qabiliyyətini inkişaf etdirmək; onlarda ilkin elmi tədqiqat vərdişlərini formalaşdırmaq; elmə həvəs oyatmaq; şagirdlərə beynəlxalq elmi müsabiqələrdə  davranmaq mədəniyyəti aşılamaq və ən əsası müasir düşüncəyə malik insan yetişdirmək olub.

 

Məktəblilər konfransda ədəbiyyat, coğrafiya, fizika, kimya və s. kimi elmin müxtəlif istiqamətlərində məruzələrlə çıxış edərək, biliklərini nümayiş etdiriblər.

 

Coğrafiya bölməsi üzrə münsiflər heyətinin üzvləri olan institut əməkdaşları bütün məruzələrdən razı qalaraq məktəblilərin məruzələrini yüksək qiymətləndiriblər.