AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun “Xəzər Dənizinin Hidrometeorologiyası” şöbəsinin əməkdaşları - şöbə müdiri, c.ü.f.d. Zabit Allahverdiyev, c.ü.f.doktorları Nazim Əhmədov, Zahidə Tatlıyeva və mütəxəssis Ramin Atakişiyev iyunun 18-dən 27-dək Qızılağac körfəzində məzuniyyətdə olublar.

 

İnstitutdan bildirilib ki, əsas məqsəd Qızılağac körfəzinin müasir dövrdə morfoloji, hidrometeoroloji və hidrokimyəvi şəraitini öyrənmək məqsədilə aparılan tədqiqatları davam etdirmək olub.

 

Tədqiq olunan ərazidə  dərinlik üzrə ölçmə işləri aparılıb, səth suyundan və dib çöküntülərindən nümunələr götürülüb, axın sürətinin, səth suyunun  və havanın temperaturu ölçülüb. Bundan başqa, kiçik və böyük körfəzlər arasındakı mübadilə kanallarının (su axıdılan, qəza və balıq  keçən) hazırkı vəziyyətləri və dənizin səviyyə durumu haqqında məlumatlar toplanıb və arxivləşdirilmə işləri yerinə yetirilib.