Dünya İqtisadi Forumu yaxın 5 ildə dünyanı dəyişəcək trendləri müəyyənləşdirdi


Müasir texnologiyalardan hansıları sabahkı dünyanı formalaşdıracaq? Dünya İqtisadi Forumunun hazırladığı  yeni məruzədə qlobal ictimai-sosial düzənə radikal təsirini göstərəcək bəzi sıçrayışlı innovasiyalardan bəhs olunur.  İyulun 2-də Çin Xalq Respublikasının Dalyan şəhərində keçirilən Dünya İqtisadi Forumda (“Yay Davosu”)  bizim dünyamıza müsbət təsir göstərə biləcək ən sıçrayışlı  texnologiyaların  siyahısı  açıqlanıb.   Siyahıya daxil olan  texnologiyalar  Forumun nüfuzlu ekspertləri tərəfindən bir sıra kriteriyalar nəzərə alınmaqla seçilib. Bu texnologiyalar cəmiyyətlərə və iqtisadiyyatlara böyük fayda verməklə yanaşı, həm də investorlar və tədqiqatçılar üçün cəlbedici olmalıdır. Ekspertlər qeyd edirlər ki,  yaxın 5 il ərzində bu texnologiyalar əhəmiyyətli miqyasda təsir göstərəcək. 

 

Ümumdünya İqtisadi Forumunun baş texniki direktoru Ceremi Yurgensin sözlərinə görə,  "2019-cu ilin texnologiyaları innovasiyaların inkişafının  sürətli templərini nümayiş etdirir  və gələcək davamlı, hərtərəfli  inkişafın necə olacağını göstərir".    C.Yurgens qeyd edir ki, texnologiyalar gəlirlərin bərabərsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər  dünyamızın  tez-tez üzləşdiyi  bir çox problemlərin həllinin axtarışında həlledici rol oynayacaq.  

 

"Scientific American" jurnalının baş redaktoru və inkişaf edən texnologiyalar üzrə komitə  sədri  Mariyett  Dixristinanın sözlərinə görə, "Bu gün meydana  çıxan  texnologiyalar  tezliklə sabahkı dünyanı və gələcək iqtisadiyyatları, bütövlükdə cəmiyyəti  formalaşdıracaqlar.  İndi  bizim dördüncü sənaye inqilabı dövründə yaşadığımız bir dövrdə çox əhəmiyyətlidir ki, biz bu texnologiyaları  müzakirə edək və çalışaq ki, yeni innovasiyalar  bəşəriyyətin çiçəklənməsinə xidmət etsin".

 

Beləliklə,   2019-cu ilin top-10 texnologiyası bunlardır: 

 

1. Dairəvi iqtisadiyyatlar üçün bioplastiklər

2. Sosial robotlar

3. Xırda cihazlar üçün mini linzalar

4. Dərman maddələri kimi dağılmış zülallar

5. Ətraf mühitin çirklənməsini azaldan ağıllı gübrələr

6. Əməkdaşlıq,  birgə teleiştirak

7. Qida məhsullarının ətraflı izlənməsi və qablaşdırma

8. Daha təhlükəsiz nüvə reaktorları

9. DNT məlumatlarının saxlanması

10. Bərpa olunan enerjinin daha səmərəli qorunması

 

 

Oruc MUSTAFAYEV