Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi nümayiş olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı elindən-obasından  didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlarının fotolarını  tamaşaçılar ürək ağrısı ilə seyr ediblər.  Həmçinin  seyrçilərə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat vərəqələri  verilib. Sərgi, eyni zamanda,  suriyalı qaçqın uşaqlara məktəb ləvazimatları almaq üçün keçirilən xeyriyyə tədbiri çərçivəsində təşkil olunub.

 

Qeyd edək ki,  Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalını və “Jan Larivyer” mükafatını  qazanan Maya Bağırova Speos Paris Fotoqrafi Məktəbində təhsil alır.

 

Sifai SƏFƏROVA