22 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan “Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək.

 

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 30 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər (Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26. tel.: (+994 12) 492 06 57).

 

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.