20 oktyabr-1 noyabr 2019-cu il tarixində Türkiyənin İstanbul şəhərində 17-ci beynəlxalq ictimai elmlər konfransı keçiriləcək. Tədbir Türk Dünyası Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq.

 

Konfransın mövzuları sırasında antropologiya, arxeologiya, elm və metodologiya fəlsəfəsi, coğrafiya, urbanizasiya və ekoloji problemlər, dini tədqiqatlar, təhsil elmləri, iqtisadiyyat, fəlsəfə, maliyyə, sahibkarlıq və kiçik biznes və s. yer alıb.

 

Tədbirdə iştirak haqqı 300 türk lirası (məqaləsiz) və 400 türk lirası (məqalə ilə) təşkil edir. Səfər və yaşayış xərclərini iştirakçı qarşılayacaq.

 

Konfrans haqqında ətraflı məlumatı http://www.turkkongre.com/page/katilim linkinə daxil olaraq əldə etmək mümkündür.