Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi, “Uşaq kitab karvanı bölgələrdə” adlı tədbir keçiriləcək. Oktyabrın 22-dən 30-dək nəzərdə tutulan silsilə tədbirlər Zərdab, Ucar, Göyçay, Ağdaş, Mingəçevir, Yevlax, Bərdə və Tərtərdə olacaq.

 

Kitab karvanında uşaq yazıçılarından Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın iştirakı və imzalı görüşlərin keçirilməsi də nəzərdə tutulub.

 

Tədbir çərçivəsində Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin (MKS) uşaq şöbələrinə Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, müxtəlif nəşriyyatlar tərəfindən uşaq kitabları hədiyyə olunacaq.

 

Qeyd edək ki, 2011-ci ildən bu günə qədər davam edən layihə çərçivəsində, 33 rayona 26 mindən çox kitab hədiyyə edilib.

 

Sifai Səfərova