“Zuğulba” Tədris İdman Bazasında sambo idman növü  üzrə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.

 

Yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 8 komanda olmaqla 100-dən artıq idmançı mübarizə aparıb.

 

Birincilikdə komanda hesabında I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, II yerə Sumqayıt şəhər 1 nömrəli, III yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəblərinin komandaları layiq görülüb.

 

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.

 

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.