Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında karate üzrə XX respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı  başa çatıb.     

 

Nəticəyə  görə “Qara Qaplan” klubunun yetirmələri komanda hesabında birinci yeri tutaraq 18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanıblar.

 

Mərkəzi Karate Məktəbinin yetirmələri 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medalla ikinci, 5 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan Təhsil Respublika İdman Məktəbinin karateçiləri isə III yerin qalibi olublar. Yaxşı nəticə göstərən klublar arasında Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyəti və “Arpaçay” klubunun idmançıları da ilk beşlikdə yer alıblar.

   

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyük idmançı mübarizə aparıb.

   

Sifai SƏFƏROVA