Azərbaycan Texniki Universitetinin idman sarayında 2006-2009-ci il təvəllüdlü oğlan və qızlar arasında sablya, şpaqa və rapira silah növlərində qılıncoynatma üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.

 

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-məktəblərindən, idman klublarından 29 komanda olmaqla 100-dən artıq idmançı mübarizə aparıb.

 

Azərbaycan Qılıncoynatma Federasiyasının dəstəyi ilə keçirilən birinciliyin qalibləri kubok, medal və diplomlarla təltif edilib.

 

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında qılıncoynatma idman növünün təbliğ edilməsi, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.