Rusiyanın “Elektrik stansiya və şəbəkələrinin trenajoru” SC-nin (AO TECT) baş direktoru, professor Sergey İqnatoviç Maqidin rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.

 

Görüşdə AzTU ilə bir sıra sahələrdə qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

 

Rusiyanın və postsovet ölkələrinin  Ali Attestasiya Komissiyası (AAK) tərəfindən tanınan “Надежность и безопасность энергетики” jurnalında AzTU əməkdaşlarının elmi məqalələrinin nəşri, həmçinin universitetin professor-müəllim heyətinin redaksiya heyətinə üzvlüyü təklif olunub.

 

Görüşdə adıçəkilən qurumun  AzTU-nun “Elektrotexnika və elektrik avadanlığı” kafedrası ilə iş birliyinin yaradılması istiqamətində də müzakirələr aparılıb.