Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “eTwinning Plus” layihəsi çərçivəsində şagirdlər üçün keçirilən “Təhlükəsiz internet” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlər tərəfindən kibertəhlükəsizlik mövzusunun əhəmiyyətini araşdırmaq və gəldiyi nəticələri həmyaşıdları ilə paylaşmaq olub.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq şagirdlər komanda şəklində “Təhlükəsiz internet” mövzusunda video materiallar hazırlayaraq müsabiqəyə müraciət ediblər. Müsabiqədə 6 regiondan ümumilikdə 117 şagird iştirak edib.

 

Tədbir zamanı müsabiqədə iştirak edən 18 komandadan 7 komanda fərqlənən, 3 komanda isə qalib elan olunub. III yerin qalibləri Gəncə şəhər 24 nömrəli tam orta məktəbin, II yerin qalibləri Sumqayıt şəhər Təfəkkür Liseyinin, I yerin qalibləri isə İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin komandaları olub.

 

Qalib və fərqlənən komandalara sertifikatlar, planşetlər və digər xüsusi mükafatlar təqdim olunub.