Slovakiyanın Bratislava şəhərində karate idman növü üzrə 40-cı Slovakiya "Grand Prix" beynəlxalq turniri keçirilib.

 

32 dövlətdən 2118 idmançının qatıldığı yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri də ölkəmizi uğurla təmsil ediblər.

 

Belə ki, komandanın üzvü Hüseyn Məmmədli 61 kq çəki dərəcəsində, Fərid Ağayev 76 kq çəki dərəcəsində qızıl, Abbas Dadaşov isə 68 kq çəki dərəcəsində gümüş medal qazanıb.