Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Bakıdakı ADA Universitetinin təqdimatı keçirilib.

 

Universitetin prorektoru Saidmuxtar Saidkasimov rəhbərliyində təmsil olunduğu ali məktəb haqqında, onun fakültələri, tələbələri və məzunlarından  danışıb.

 

ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova  ADA Universiteti haqqında ətraflı məlumat verib, universitetin 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında fəaliyyətə başladığını diqqətə çatdırıb.

 

A.Hüseynova bildirib ki, universitetdə hal-hazırda 2 min 300 tələbə oxuyur:” Özbəkistana gəlişimin məqsədi ADA Universitetinə daha çox tələbə və magistr cəlb etməkdən ibarətdir”.

 

Sonda A.Hüseynova tələbələrin suallarını cavablandırıb.