Samux rayonunda növbəti dərs ilində birinci
siniflərdə dərs deyəcək müəllimlər üçün seminar
keçirilmişdir.
İbtidai sinif müəllimlərini yeni təlim proqramı
ilə tanış etmək üçün təşkil olunmuş birhəftəlik
seminarın sonunda iştirakçılar sınaq imtahanları
vermişlər. İmtahanlardan müvəffəqiyyətlə çıxan
iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Layihənin əlaqələndiricisi Məlahət Mürşüdlünün
verdiyi məlumata görə, əvvəlki illərdən fərqli
olaraq bu seminarda iştirakçılara verilən
sertifikatlar 3 dərəcədə müəyyənləşdirilmişdir
ki, bu da məktəblərdə dərs bölgüsü zamanı daha
fəal və savadlı müəllimlərə üstünlük verilməsinə
imkan yaradacaqdır.
AzərTAc |