Bu
günlərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində
fəaliyyət göstərən veteran müəllimlər şurasının
hesabat- seçki yığıncağı keçirilmişdir.
Veteran müəllimlər şurasının sədri Məşdi
Zeynalov şuranın son bir ildə gördüyü işlər
barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Daha sonra şəhər veteranlar şurasının sədri,
Sosialist Əməyi Qəhrəmanı Dadaş Dadaşov, sədr
müavini, 15 nömrəli məktəbin alman dili müəllimi
Leyla Qasımzadə və başqaları çıxış edərək
görülmüş işlərlə bağlı öz fikirlərini
söyləmişlər.
Tədbirdə 27 nömrəli məktəbin müəllimi M.Zeynalov
açıq səsvermə yolu ilə ikinci dəfə təhsil şöbəsi
veteran müəllimlər şurasının sədri seçilmişdir.
Eyni zamanda yığıncaqda respublika veteran
müəllimlərin konfransında iştirak etmək üçün
14 nəfərin adı müəyyənləşmişdir.
ƏDALƏT |