
Jurnalist
Esmira İsmayılova
Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib. 2017-ci ilin aprel ayına kimi respublikamızın tanınmış mətbu orqanlarında, KİV-də jurnalist, baş redaktor, Lənkəran rayon mədəniyyət və turizm şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətini davam etdirir. Esmira İsmayılova 2018-ci ildə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə LDU-nun dissertanturasına daxil olub və 2021-ci ildə oranı bitirib. “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda yazdığı dissertasiya işini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə edib. Müxtəlif elmi nəşrlərdə 40-a qədər elmi məqalə və tezisi çap olunub. E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində müxtəlif media mükafatlarına, fəxri fərman və diplomlara, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görülüb.Bir neçə kitabın müəllifidir. Dəfələrlə ədəbi-bədii və publisistika janrlarında keçirilən müsabiqələrin qalibi olub.Ailəlidir.
Bloqları



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.