.jpeg)
Təhsil eksperti
Ramin Nurəliyev
Nurəliyev Ramin Əfraim oğlu. 07.01.1981-ci ildə Bakı şəhərində dünyaya gəlib. Yüksək bilik və qavrama potensialına görə 1986-cı ildə, 5 yaşında ikən Əli Bəylərbəyov adına Masallı rayon Xıl kəndi orta məktəbinin birinci sinfində oxumağa başlayır. Məktəbi 5 qiymətləri ilə bitirərək 1997-ci ildə Lənkəran Dövlət Universitetinin filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisasına qəbul olur. Ali təhsil müddətində bəzi fəallıqları ilə seçilir. 2001-ci ildə universiteti bitirib hərbi xidmətə yola düşür. Hərbi xidmətdə ən yaxşı artilleriya hesablayıcı manqa komandiri olaraq fəxri fərmana layiq görülür və çavuş rütbəsi verilir. Hərbi xidməti başa vurduqdan sonra 2002-2015 bir sıra universitetlərə hazırlıq kurslarında və özəl liseylərdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, müdir müavini vəzifələrini icra edir. 2015-ci ildə Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Azərbaycanda baş katib vəzifəsini icra edir. 2017-ci ildə AYNHA hüquq jurnalının baş redaktoru olur və hüquq sahəsi üzrə müxtəlif məqalələr yazır. Həm təhsil sistemini, həm də hüquq sahəsi üzrə bilikləri Ramin Nurəliyevi təhsil hüququna olan marağını artırır və istiqamətdə təhsil eksperti kimi fəaliyyətini davam etdirir. Təhsil sahəsi üzrə ölkədə mühüm fəaliyyət və addımlarla bağlı ictimaiyyəti aydinlatmaq məqsədi ilə mətbuata bir çox müsahibələr verir. Hazırda mətbuatda və ictimaiyyətdə təhsil eksperti kimi tanınan Ramin Nurəliyev ailəlidir, 2 övladı var.
Bloqları



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.