
Müəllim, təlimçi
Tarana Nuriyeva
Bakı şəhəri 44 nömrəli tam orta məktəbdə İbtidai sinif müəllimi olaraq çalışıram. 2022-ci il Sertifikasiya imtahanından mümkün 60 baldan 53 bal toplamışam. 2018-ci ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə 402 bal toplayaraq qəbul olmuş, 2023-cü ildə müvəffəqiyyətlə universiteti bitirmişəm. DİM-in sertifikatlı zal nəzarətçisiyəm. İTE - Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin təlimçisi, eyni zamanda GEN-in (Global Education Network) Azərbaycan üzrə koordinatoruyam. İTE - Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzinin daxilində "Microsoft Sertifikatlı Pedaqoq" və "Hibrid öyrənmə: e- resursların hazırlanması istifadəsi və sosial şəbəkələrdən, o cümlədən internetdən istifadə bacarıqları" vəsaitinin müəllifləri sırasındayam. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqələrində təlimçi və ekspert olaraq fəaliyyət göstərməkdəyəm. Eyni zamanda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V və VIII qrant müsabiqələrinin qalibi olmuşam. TKTA- Təlimə Keyfiyyət təminatı Agentliyində inspektor olaraq çalışıram. AGMA-nın təşkil etdiyi "Fərq yaradan gənc müəllim" müsabiqəsində 2023-cü ildə iştirak edərək şagirdləri ilə birgə 2-ci yerə layiq görülmüşəm. 2023-cü ilin sonlarından etibarən AGMA-nın Bakı koordinatoru olaraq çalışıram. "Yaradıcı müəllim" müsabiqəsində "Təşəkkürnamə" ilə təltif olunmuşam.
Bloqları



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.