
Tarix müəllimi
Fatimə Sadıqova
Mən Fatimə Sadıqova Həmid qızı. 25.08.2002 - ci ildə Bakı şəhərində anadan olmuşam, Bakı şəhəri 108 saylı məktəbdə 2009-2020 - ci illərdə təhsil almışam. 2020 - ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olmuşam. 2024 - cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 27.01.2025 - ci il tarixindən Dövlət İmtahan Mərkəzinin yeni tipli test tapşırıqlarının tərtibi və yoxlanılması üzrə marker müəllimiyəm. Tələbəlik illərində tədbirlərin təşkilində aktiv fəaliyyətimə görə məzun günündə " Fəxri fərman" la təltif olunmuşam. Universitet dövründə oxuduğum 4 il ərzində semestr imtahanlarında yüksək nəticələrə görə universitet tərəfindən təhsildə fərqləndiyimə görə " Fəxri fərman" la mükafatlandırılmışam. ADPU Meh Ədəbi dərnəyinin " Nasirlər" bölmə sədri kimi fəaliyyət göstərmiş, bədii qiraət müsabiqələrində diplomla təltif olunmuş, yazdığım hekayə və məqalələr müxtəlif sayt, qəzetlərdə nəşr olunub.
Bloqları



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.