Dekabrın 20-də respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi yekunlaşır.

 

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. 

 

Qeyd edək ki, 25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.


Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb. 
 

Respublika fənn olimpiadaları ilə bağlı ən çox verilən suallar və cavabları