Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM)  ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə dekabrın 19-da sınaq imtahanı keçirib. Sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Cavablarla buradan tanış olmaq mümkündür.

 

DİM-dən bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin isə yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.