SABAH Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfədir ki təşkil edilən SABAH Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi davam edir. 


Qış məktəbində iştirak etmək istəyən tələbələr 25 yanvar 2022-ci il saat 00:00-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki: https://forms.office.com/r/QQ9jwi1J1r    

  
Qış məktəbində tələbələr SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.     


Qeyd edək ki, SABAH Karyera Qış Məktəbi 9-11 fevral 2022-ci il tarixlərində Şamaxıda keçiriləcək. 


Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.