Dünyanın 30 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics Reytinqi (Webometrics Ranking of World Universities) 2022-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb. İspaniyanın Milli Tədqiqat Şurasının tərkibindəki Cybermetrics laboratoriyası tərəfindən tərtib olunan reytinqə, ümumilikdə Azərbaycanın 47 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə Bakı Dövlət Universiteti dünyanın top-5000 universiteti siyahısında 3319-cu yerdə qərarlaşıb və Azərbaycan universitetləri arasında birinci yerdədir. Digər Azərbaycan universitetlərinin ölkə və dünya üzrə sıralanması belədir:

 

Qeyd edək ki, beynəlxalq təşkilat 2004-cü ildən başlayaraq, dünyanın 200 ölkəsindən 30000-dək ali təhsil müəssisəsini əhatə edən Dünya Universitetlərinin Webometrics reytinq siyahısını tərtib edir. Agentlik seçimlərdə əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.

 

Beynəlxalq agentliyin reytinq siyahısı haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: www.webometrics.info/en/Europe/Azerbaijan

 

Oruc MUSTAFAYEV