Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri davam etməkdədir.
Səfər çərçivəsində martın 16-da təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbəri Erol Özvar ilə görüşüb.
Görüş zamanı yaradılması nəzərdə tutulan Azərbaycan-Türkiyə birgə Universiteti barəsində ətraflı müzakirələr aparılıb.
![Təhsil nazirinin Türkiyəyə işgüzar səfəri davam edir](photos/06-16.03.22-02.jpg)
![Təhsil nazirinin Türkiyəyə işgüzar səfəri davam edir](photos/06-16.03.22-03.jpg)