Çex Respublikasının Praqa şəhərində yerləşən Təbiət Elmləri üzrə Çex Universiteti (Czech University of Life Science Prague) və Çarls Universitetinin (Charles University) professor və tələbələrindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam şəhərinə yollanıb. Qonaqlar işğal zamanı erməni vandalizminin nəticələrinin əyani şahidi olublar. Ağdam şəhərinin tarixi ilə bağlı ətraflı məlumat əldə edən qonaqlar şəhərin yenidən qurulması üçün aparılan və ya nəzərdə tutulan işlərlə də tanış olublar.