Naxçıvan Dövlət Universitetinin İmtahan Qərargahının üzvləri payız semestrinin qış imtahan sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə imtahan prosesində iştirak ediblər.

 

Qərargah üzvləri imtahanlar keçirilən auditoriyalara baş çəkərək, imtahanların gedişini izləyiblər. Onlar burada tələbələrin müraciətlərinin qəbul edilməsi, cavablandırılması qaydaları, kameraların və nəzarətçilərin iş prinsipləri ilə tanış olublar.

 

İmtahan prosesində və suallarda hər hansı bir çətinliyin, neqativ halların olub-olmaması ilə maraqlanan üzvlər tələbələr arasında sorğu keçiriblər.

 

Tələbələr imtahanların şəffaf keçirilməsindən razılıqlarını ifadə ediblər.

 

Məlumat üçün bildirək ki, Qərargahda universitet rəhbərliyi, valideynlər, media nümayəndələri, tələbə təşkilatları təmsil olunur.