Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.

 

Təhsil idarəsindən  aldığımız məlumata görə, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının hər birindən 30 nəfər (15 qız, 15 oğlan) olmaqla, ümumilikdə 180 nəfər X sinif şagirdi mübarizəyə qoşulub.

 

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

 

Müsabiqənin nəticələri barədə şagirdlərin təhsil aldıqları məktəblər üzrə məlumatlar veriləcək.

 

Ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.

 

Şakir CƏFƏROV