Mingəçevir Dövlət Universitetində (MDU) təhsil, mühəndislik, iqtisadiyyat və idarəetmə fakültələrinin pedaqoji və istehsalat təcrübəsinə göndərilən sonuncu kurs tələbələri ilə görüşlər keçirilib.

 

Universitetin akademik və inzibati heyət üzvlərinin, o cümlədən təcrübə rəhbərlərinin də iştirak etdikləri görüşlərdə istehsalat təcrübəsinin ali təhsildə önəmi və yaratdığı fürsətlər vurğulanıb. Təcrübənin təşkili və keçirilməsi ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü və müvafiq məlumatlandırmanın həyata keçirildiyi diqqətə çatdırılıb. Tələbələrə təcrübədə olacaqları müəssisələrdə müvafiq qaydalara və tapşırıqlara əməl etmələri tövsiyə olunub və onlara uğurlar arzulanıb.

 

Qeyd edək ki, 2022/2023-cü tədris ilində MDU-nun təhsil fakültəsi üzrə 259, iqtisadiyyat və idarəetmə fakültəsi üzrə 200 və mühəndislik fakültəsi üzrə isə 94 olmaqla, ümumilikdə 553 tələbəsi 72 müəssisəyə pedaqoji və istehsalat təcrübəsinə göndərilir.