Bizim müxtəlif müsabiqə qaliblərimizin böyük hissəsi dünyanın ən aparıcı universitetlərinə qəbul olur.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılışında öz çıxışı zamanı qeyd edib.
 
 
O bildirib ki, təkcə ötən il 40-dan çox məktəblimiz dünyanın TOP universitetlərindən qəbul alıb.
 
 
"Hədəfimiz hər bir bölgə və rayonda fizika-riyaziyyat və kimya-biologiya təmayüllü liseylərinin sayının artırılmasıdır. Həmkarlarımızla bu istiqamətdə müzakirələr aparırıq. Hər il 2-3, gələcəkdə isə daha çox sayda bu tip liseyin açılmasını təmin edəcəyik".