20-26 aprel 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib.
Milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb.
Belə ki, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 nəfər şagird bürünc medal qazanıb.
Məlumat üçün bildiririk ki, olimpiadaya hazırlıq dərsləri davam edir.
Şagirdlərimizə olimpiadada uğurlar arzu edirik!
![58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında məktəblilərimiz uğur qazanıblar](photos/dsgsdgdsgasaga34643346374.jpeg)
![58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında məktəblilərimiz uğur qazanıblar](photos/2-58952906269326-732-6032-6236-236.jpeg)