Təhsilin İnkişafı Fondunun STP Şirkətlər Qrupu ilə birgə tələbə qızlar üçün həyata keçirdiyi “Zərif mühəndislər” təqaüd proqramına müraciətin vaxtı uzadıldı.

 

“Azərbaycan müəllimi” Təhsilin İnkişafı Fonduna istinadən xəbər verir ki, müraciət üçün son tarix 05.05.2024-cü il saat 23.59-dur.

 

Qeyd edək ki, layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcək. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaq.  

Ətraflı: bit.ly/49o5uv2.