Şagirdlər nəticələrlə əlaqədar portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.
 
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.