Azərbaycan Dillər Universitetinin (ADU) Müəllim və Tələbə Həmkarlar Təşkilatınının təşəbbüsü və maliyyə dəstəyi ilə tərcümə fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tərcümə müsabiqəsi keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqədə “Alman dili” ixtisası üzrə təhsil alan tələbələrdən  I yerə Davud Axundov,  III yerə  Nəzrin Məmmədova, “İspan dili” ixtisası üzrə II yerə  Səidə Əzizova, “İngilis dili” ixtisası, Azərbaycan bölməsi magistratura səviyyəsi üzrə I yerə Zəhra Əhədova layiq görülüblər.
 
Həmçinin, bakalavr səviyyəsi Azərbaycan bölməsi üzrə I yerə  Yeganə Məhərrəmzadə, II yerə  Nəzrin Məmmədova, Nərmin Əzimova, III yerə Gülarə Şirinova,  Rus bölməsi isə II yerə  Günel Qardaşbəyova, III yerə Rafaella  Səfərova,  IV yerə Aytac Qasımova layiq görülüblər.