Bu günə qədər 37 mindən çox namizəd www.miq.edu.az saytı vasitəsilə müəllimlərin işə qəbulu üzrə müsabiqədən qeydiyyatdan keçib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi öz sosial şəbəkə hesablarında məlumat yayıb. Qeyd olunub ki, bu günə qədər 37 155 namizəd qeydiyyat prosesini tamamlayıb.
 
Qeyd edək ki, 15 may tarixindən etibarən start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
 
Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!