21 avqust 2024-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, proses 26 avqust 2024-cü il tarixinədək davam edəcək. 
 
Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək rayon (şəhər) Təhsil Şöbələrinə təqdim etməlidirlər. 
 
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.
 
Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. 
 
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.